1631263296 31 1

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə Ukrayna arasında müharibənin başlaya biləcəyi ehtimalını istisna etməyib, ancaq bunun Rusiya üçün “ən böyük səhv” olacağını da vurğulayıb.

araz.az Ovqat.com-a istinadən xəbər verir ki, “YES Brainstorming” forumunun moderatorunun “Rusiya ilə Ukrayna arasında hərtərəfli müharibə baş verə bilərmi” sualına Zelenskinin cavabı ürküdücü olub:

“Bəli, bu, mümkündür, amma bundan sonra Ukrayna və Belarusun qonşuluğunda Rusiya adlı dövlət heç vaxt mövcud olmayacaq”.

Qeyd edək ki, Rusiya ilə Belarusun bu gün başlatdığı “Qərb-2021” hərbi təlimləri Qərb ölkələrində, xüsusilə Baltikyanı ölkələrdə və Polşada ciddi narahatlıq yaradıb. Hətta Polşa öz ərazisində fövqəladə vəziyyət elan edib. Mümkündür ki, Zelenski də bu təlimlərin Ukraynaya qarşı yönəlmə ehtimalımı nəzərə alıb Moskvaya bəri başdan öz mesajını çatdırıb.



Məlumata görə, təlimlər Kalininqraddan Voronej və Nijni Novqorod bölgələrinə qədər 2 min km-dən çox ərazini əhatə edir. Təlimlərin məqsədləri, döyüşə hazırlıq səviyyəsini və İttifaq Dövlətinin (Rusiya və Belarus) təhlükəsizliyini təmin etmək üçün hərbi komandanlığın qabiliyyətini yoxlamaqdır.

Tədbirlərə 200 minə yaxın hərbi personal, 15 -ə qədər gəmi, 80 -dən çox təyyarə və vertolyot, 290-dan çox tank, 240 silah, xeyli sayda raket sistemi və minaatan qatılıb. Təlimlər başlamamışdan əvvəl, NATO-nun Baş katibi Yens Stoltenberq bəyanat verərək bildirmişdi ki, Rusiya artıq neçə illərdir, keçirdiyi təlimlərin tapşırıq və hədəflərini tam açıqlamır, bu da qonşu dövlətlərdə xof yaradır. Baş katib Moskvanı belə məsələlərdə “proqnozlaşdırıla bilən” olmağa çağırmışdı.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.