WhatsApp Image 2021 09 11 at 17.33.19

Azərbaycanın, Fransa və Böyük Britaniya istisna olmaqla, münaqişədə əksər Avropa ölkələrinin silahlı qüvvələrini nəzəri olaraq məğlub edə biləcək güclü ordusu var. Bu barədə İsveçrənin məşhur internet portalı “Le Temps”də dərc olunan məqalədə deyilir. Məqalədə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki zəfərinin yaratdığı yeni geosiyasi reallıqlar və Azərbaycan ordusunun güclü cəhətləri haqqında ətraflı məlumat verilir.

Məqalədə son illərdə Qərbin hərbi üstünlüyünə meydan oxuya biləcək yeni güc dövlətlərinin meydana çıxdığı və buna cavab olaraq, Fransa ordusunun yeni bir doktrina dəsti yaratdığı vurğulanır. Azərbaycanla Ermənistan arasında müdafiə sahəsində büdcənin fərqinin həlledici, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin diapazonunun daha geniş və çevik olduğu da qeyd olunur.

Bundan başqa, Azərbaycanın bu uğurlarının, əsasən, hava hücumundan və raketdən müdafiə, aerokosmik əsaslı kəşfiyyat və müşahidə sistemlərini birləşdirən müasir şəbəkəli komanda-idarəetmə quruluşu sayəsində əldə edildiyi vurğulanır. Bu da öz növbəsində fərqli əməliyyatlarda (kəşfiyyat və müşahidə, taktiki bombardman, quru qüvvələrinə dəstək) müxtəlif tipli pilotsuz uçuş aparatlarının (taktiki, strateji və s.) səmərəli və rasional şəkildə istifadəsinə imkan yaradıb.
Məqalədə qeyd edilir ki, hava zərbələri müharibə dövründə həlledici olub və bu tip zərbələrdə İHA -lar döyüş təyyarələrindən daha önəmli idi. Müharibənin ilk günlərindən düşmənin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsinin Azərbaycan Silahlı Qüvvələri üçün prioritet olduğunu vurğulayan müəlliflər, həmçinin Ermənistan tərəfinin hava hücumundan müdafiə sistemlərinin zəif olduğunu və erməni birləşmələrinin çox tezliklə hava hücumlarına qarşı müdafiəsiz qaldığını qeyd ediblər.
Araşdırmaçı müəlliflər bu məqalədə onu da qeyd ediblər ki, erməni tərəfinin komandanlıq və idarəetmə qabiliyyətlərinin səmərəsizliyi qərarvermə prosesində də çatışmazlıqları üzə çıxarıb. Müharibədə erməni qüvvələrinin yüzlərlə silah, hərbi texnika, maşın və tank olmaqla, itkilərinin böyük olduğu da vurğulanıb.

WhatsApp Image 2021 09 11 at 17.32.45

 

Məqalədə bildirilib ki, Qərb dövlətləri artıq yüksək texnologiyalı silahlardan yeganə istifadəçilər deyil, Azərbaycanın da bir sıra Avropa İttifaqı ölkələrindən daha geniş miqyaslı əməliyyatlara cavab verə biləcək hərbi imkanları var. Məqalədə Azərbaycanın, Fransa və Böyük Britaniya istisna olmaqla, münaqişədə əksər Avropa ölkələrinin silahlı qüvvələrini nəzəri olaraq məğlub edə biləcək qüdrətli ordusunun olduğu xüsusi vurğulanır.
Bütün bunlar barədə, Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan xəbərdə bildirilib. Dəyərli oxucularımızın diqqətinə çatdırırıq ki, həmin
məqalə ilə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://noi.md/ru/v-mire/zapadnye-smi-azerbajdzhan-imeet-moshhnuyu-armiyu
https://tribuna.md/ru/2021/09/11/zapadnye-smi-o-mosi-azerbaidjana/


araz.az xəbər portalı.

araz.az xəbər portalı.