kiyan 696x419

Milli-mədəni fəal Kiyanuş Aslani 2 il 7 ay həbs cəzası çəkdikdən sonra sentyabrın 13-də Tehranın “Evin” zindanından azadlığa çıxıb.

Bu, K.Aslaninin Ali Məhkəmədən işinə yenidən baxılmasını tələb etdikdən sonra baş tutub.

Məhkəmənin 34-cü bölməsi onun barəsində çıxarılan qərar ləğv edib və iş hakim Babayinin başçılıq etdiyi Apellyasiya Məhkəməsinin 54-cü bölməsinə göndərildikdən sonra milli fəalın 5 illik həbs cəzası 2 ilə endirilib.

Milli fəalın məhkumluq dövrünün 5 ildən 2 ilə endirilməsinə baxmayaraq o, əlavə olaraq 7 ay həbsdə qalıb.

Azərbaycanlı fəal Kiyanuş Aslani Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda keçirilən aksiyada saxlanılıb.

Aksiyada afişalar payladıqları üçün İran rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəallar “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə
təbliğat aparmaq”da ittiham edilib, Tehran İnqilab Məhkəməsində mühakimə olunub.

Əmir Əmini 7 il 6 ay, K.Aslani isə 5 il həbsə məhkum olub.
Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qeyri-hökumət təşkilatlara üzv olmaq hüququndan məhrum edilib.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.