Bir vaxtlar AzTV-nin bir sədri vardı Nizami Xudiyev. Allah rəhmət eləsin. Bu yaxınlarda dünyasını dəyişdi. Nizami müəllim gözəl insan idi. Gözəlliyinin bir sıra səbəbləri vardı. Hamısını sadalamıyacam. Rəhmətliyin tək bir müsbət xüsusiyyətini onu tanıyanlara xatırlatmaq istəyirəm. Bu adam demək olar ki, hər toplantıda deyirdi ki:”Mən televiziyanı bilmirəm. Amma mənim uzun illik idarəetmə təcrübəm var. Ona görə də burda işləmək mənə çətinlik yaratmır”.
Doğrudan da müstəqillik illərində AzTV-nin ən nüfuzlu vaxtı rəhmətliyin rəhbərliyi dövrü oldu. Nizami müəllim Azərbaycanda bəlkə yeganə məmur idi ki, o zaman Ramiz Mehdiyevi “priznavat” eləmirdi, hətta onun telefon zənglərinə belə cavab vermirdi. Söz də düşəndə deyirdi ki: “Mehdiyev qoy gedib İcra Hakimiyyəti başçıları ilə alverini etsin”. Görünür Xudiyev Mehdiyevi çoxlarından daha yaxşı tanıyırdı.
İndi deyəcəksiniz ki, ilin-ayın bu vaxtı Nizami müəllim hardan yada düşdü. Deyim də…
Əvvala yaxşı adamlar heç zaman yaddan çıxmır. Həyatda olmasalar belə.
İkincisi, ona görə bu işıqlı adamın bir vaxtlar daşıdığı vəzifədə indi Rövşən Məmmədov oturub. Bəli, bəli məhz oturur. İdarə etmir. Çünki, Nizami müəllimdən fərqli olaraq Rövşən idarəetmədən xəbərsizdir. Üstəlik. Heç televiziyanı da bilmir. Di gəl ki, Xudiyevdən fərqli olaraq bu adam həm özünü yaxşı idarəçi, həm də televiziya bilicisi zənn edir. Bu mövzuda onunla mübahisəyə girmək istəyəni də ya rüşvətxor adlandırır,ya da “reket”. Baxmayaraq ki, 2.8 illik rəhbərliyi dövründə bu adam boğazına qədər korrupsiya batalğasına batdı. Və qısa zamanda milyonlara sahib çıxdı. Üfunətli Xırdalan batalqasından paytaxtın elit məhəlləsinə köçdü. Özü də yetim payı yeməklə. Onun rüşvətxor dediyi adamlar heç olmasa qudurğan məmurlardan 5-10 manat qapazlayırdı. Bunun da sadə xalqa və AzTV işçilərinə elə bir isti soyuğu yox idi. Amma bu adam AzTV-də çalışan 2.5 min insanın halal-hümmət pulunu və malını yeyir. Sonra da qayıdıb deyir ki, “mən təmizəm”.
Bəs ay Rövşən necə təmizsən ki, yoxlamalardan başın ayılmır?! Bəs necə təmizsən ki,sürücünün də 10 manatına göz tikirsən. Çilingərə 2200 manat qonarar yazıb, onun 70 faizini alıb cibinə qoyursan. Bəs necə təmizsən ki, AzTV-nin 60 illik tarixə və təcrübəyə malik dublyaj redaksiyasında çalışanların ağzını 300 manata dirəyib “Diriliş Ərtoğrulu”n dublyajını hansısa fiziki şəxsə verib, ondan külli miqdarda “otkat” alırsan.
Birinci Qarabağ savaşında ad çıxardan və hər zaman özəl televiziyalara nümunə olan Hərbi Vətənpərvərlik redaksiyasını ayda 1 saat efirə möhtac qoyub ailəvi dostuna ayrıca “Ekstrim qrup” yaradırsan və bu quru limitsiz efir və səlahiyyətlər verirsən. Üstəlik də hazırladığı hər “veriliş”ə 1000-1500 manat qonarar yazırsan.
Belə misalları çox çəkmək olar. Amma bu adama nəyisə sübut edə bilməzsən. Danışanda elə danışır ki, guya ki, Papadan da qatı katolikdir.
Amma Böyük Mirzə Cəlil deyirdi ki: “Sözümüz o kəslərədir ki, bizi eşitmir”. Biz də heç kimi eşitməyən və “bildiyini bəy babasına verməyən” Rövşənin daha bir korrupsiya faktını dəyərli oxucularımızın diqqətinə çatdırırıq. Yəqin ki, gec-tez bizi də eşidən tapılacaq. Deməli, Rövşən 31 may 2021-ci il tarixdə komputer və onların aksesuarını almaq üçün 400 min manatlıq tender “keçirib”.
Bu o vaxt idi ki, Hesbalama Palatası AzTV-də yoxlama aparırdı. Belə bir həssas dönəmdə pula hərisiyindən qalmayan Rövşən iki daşına arasında tender “keçirir”. Tenderin qalibini isə özünün məhəllə tanışı, Sumqayıtda olan bir şirkəti elan edir. Şirkətin nizamnamə kapitalına baxın: 20 manat.
Maraq üçün Rövşənin qalib elan etdiyi şirkəti bir balaca araşdırdıq. Məlum oldu ki, “Elita Advertising” şirkətinin açıq mənbələrdə heç bir kontaktı yoxdur. Bu şirkət Azərbaycana komputer texnikasının idxalı ilə ümumiyyətlə məşğul olmur.
Şirkət reklam şirkəti kimi dövlət qeydiyyatdan keçib və bu günə kimi heç bir reklam fəaliyyəti ilə də məşğul olmayıb. Bundan əlavə bu günə qədər şirkət dövlət qrumlarının keçirdiyi heç bir tenderdə nə iştirak etməyib nədə ki, qalib olmayıb.
Hazırd Rövşənin bu tender oyununda iştirak edən digər “şirkərlər”in araşdırmasını da aparırıq. İlkin məlumatlara görə tenderdə iştirak edən bütün iddiaçılar “cib” şirkətləridir. Yəni ki, bir adları var, bir də möhürləri.
Ən maraqlısı odur ki, sifariş edilən məhsulların sayı ilə ödənilən dövlət vəsaiti arasında tərs mütənasiblik var. Cəmi 50 ədəd komputer və onların aksesuarı üçün Rövşən tanışının şirkətinə düz 395 min 52 manat 20 qəpik büdcə vəsaiti ödəyir.
Tenderdəki korrupsiya faktını görmək üçün Rövşən kimi “elmlər doktoru” olmaq lazım deyil. Fakt göz qabağındadır. İbtidai sinif şagirdi də bilir ki, Azərbaycan bazarında stolüstü komputerlərin ən yaxşılarının qiyməti 500-1000 manat arasında dəyişir. Deməli ən yaxşı komputer dəstini (aksesuarları ilə birgə) 1000 manat almaq olar. Bu minvalla 50 dənə də komputer dəsti eləyir 50 min manat. Bəs onda 250 min manat hara “uçdu”. Bu korrupsiya deyil, bəs nədir ay Rövşən.
Sonda onu da qeyd edim ki, bu tender maxinasiyasından cəmi 2 ay sonra Rövşən kollektivə elan edib ki, “donnuğunuz” sentyabrdan etibarən 35 faiz kəsiləcək”. Əlbəttə ki, bu qədər korrupsiyanın qarşısında hansı maliyyə mənbəyi tab gətirər ki…
O ki, qaldı 35 faiz məsələsinə. Bu barədə növbəti yazımızda.
Surxay Atakişiyev,
Bakuexo.az.
araz.az xəbər portalı.