“Birinci doza vaksini vurdurduqdan sonra ikinci dozanı vurdurmayan şəxsin uzun müddətdən sonra vaksin üçün yenidən müraciət etməsi qüvvətləndirici dozanı vurdurması demək deyil”.
araz.az bildirir ki,bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
O bildirib ki, həmin şəxs yenidən müraciət etdikdə ilk dozanı almış olacaq: “Sonradan mərhələli şəkildə ikinci və üçüncü dozanı qəbul etmiş olurlar”.
“Koronavirusun yeni mutasiyaları daim olacaq. Pandemiya hələ də davam edir. Nə qədər ki, pandemiyanın qarşısı alınmayacaq yeni mutasiyaların olması da qaçılmazdır. Buna görə də peyvəndləmə göstəricisi yüksək olmalıdır”, – o vurğulayıb
araz.az xəbər portalı.
araz.az xəbər portalı.