WhatsApp Image 2021 09 16 at 14.06.18Azərbaycan Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda bildirilir ki, bu gün Şurada, birgə tvininq layihə üzrə, beynəlxalq eksperlərlə görüş keçirilib Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə, “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədəWhatsApp Image 2021 09 16 at 14.08.10 istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvininq layihəsi üzrə beynəlxalq ekspertlər — Paulius Rymeikis, Manuela Hargassner-Delpos, Thomas Hainlen, həmçinin sözügedən layihə üzrə əlaqələndirici Asta Jurgute, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycan Mətbuat Şurasında olublar.WhatsApp Image 2021 09 16 at 14.08.29
Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat məişət zorakılığı məsələlərinin mediada işıqlandırılması məsələlərinə hər zaman böyük önəm verib, bu sahədəki vəziyyəti diqqətdə saxlayıb. Qurum mövcud xüsusda davamlı monitorinq keçirməkdədir. Prosesdə mövzu üzrə jurnalist yanaşmalarına nəzər salınır, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq prinsip və bəndlərinə nə dərəcədə əməl olunmasına baxılır, pozuntu faktları qruplaşdırılır, ümumiləşdirmələr aparılaraq kütləvi informasiya vasitələrinə təqdim edilir. WhatsApp Image 2021 09 16 at 14.13.34“Konkret pozuntu faktları ona yol verən KİV-ə çatdırılır və tövsiyə edilir ki, gələcəkdə oxşar xoşagəlməz hallar yaşanmasın. Əlbəttə, mediamızda məişət zoraıkılığının işıqlandırılması istiqamətində problemlər var. Bu isə, əksər hallarda hüquqi bilgisizlikdən irəli gəlir. Hərçənd son zamanlar müəyyən müsbət dinamika hiss olunmaqdadır”, — deyə, Əflatun Amaşov fikrinə aydınlıq gətirib. MŞ sədri AJPDQ-da məişət zorakılığı, gender bərabərliyi ilə bağlı məqamlara həssas yanaşıldığına diqqət çəkib.WhatsApp Image 2021 09 16 at 14.13.35 Şuranın bununla bağlı indiyədək çoxsaylı treninq-məşğələlər, seminarlar təşkil etdiyini xatırladıb. Nəticədə, bir çox jurnalistin mövcud sahədə kifayət qədər biliklər əldə etdiyini vurğulayıb və bu tendensiyanın media materiallarına da müsbət mənada təsir göstərdiyini bildirib. Bununla belə, maarifləndirmə işlərinin davam etdirilməsinə ehtiyac var. Ə. Amaşov bu baxımdan tvininq layihəsinin sırf media fəaliyyəti üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb.WhatsApp Image 2021 09 16 at 14.08.48
Toplantıda məlumat verilib ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 2.2.2 saylı bəndində məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşviqi nəzərdə tutulub. WhatsApp Image 2021 09 16 at 14.13.35 1Yuxarıda göstərilmiş bəndin icrasını təmin etmək məqsədilə, Avropa İttifaqının maliyyələşdirdiyi Tvininq layihəsinin dəstəyi ilə, ölkə üzrə ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqram işlənib hazırlanacaqdır. Ümumən layihənin məqsədi isə məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi, eləcə də müvafiq qurumlar arasında bu sahədə əməkdaşlığın təşviq edilməsi, sosial işçilər, hakimlər, jurnalistlər və digər maraqlı tərəflər üçün üçün məişət zorakılığı ilə bağlı problemlərin həlli yolları, gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi sahələrdə məlumatlılığın artırılması məqsədilə xüsusi tədbirlərin təşkil edilməsidir.WhatsApp Image 2021 09 16 at 14.09.53
Avropalı qonaqların çıxışları Azərbaycanda medianın qeyd edilən mövzu üzrə fəaliyyətindəki konkret məqamları öyrənmək üçün sual əhəmiyyəti daşıdı. Bu xüsusda müzakirələr davam etdirildi. Müzakirələrdə iştirak edən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ Idarə Heyətinin üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev ölkəmizdə medianın məişət zorakılığı və gender bərabərliyinə dair paylaşımlarındakı spesifik tərəfləri diqqətə çatdırdılar.WhatsApp Image 2021 09 16 at 14.11.53
Görüşdə, layihənin media ilə bağlı görüləcək işlərə dair birgə əməkdaşlığın həyata keçirilməsi qərara alındı.

[bt_slider uid=”1631789917-6143235d0bae3″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-16 at 14.13.36.jpeg” title=”WhatsApp Image 2021-09-16 at 14.13.36.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-16 at 14.13.35.jpeg” title=”WhatsApp Image 2021-09-16 at 14.13.35.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-16 at 14.13.35 (1).jpeg” title=”WhatsApp Image 2021-09-16 at 14.13.35 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-16 at 14.13.36 (1).jpeg” title=”WhatsApp Image 2021-09-16 at 14.13.36 (1).jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.