WhatsApp Image 2021 09 25 at 23.47.25

Ölkəmizin Moldovadakı Səfirliyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib. Bu barədə, Azərbaycanın bu ölkədəki Səfirliyindən araz.az-a daxil olan məlumatda bildirilir ki, “Nizami Gəncəvi — 880” adlı bu tədbir Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən təşkil olunub.WhatsApp Image 2021 09 25 at 23.47.30

Verilən məlumata görə, tədbirdə Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriyak, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkədə fəaliyyət göstərən yəhudi, qaqauz, bolqar, rus və digər diaspor təşkilatlarının rəhbərləri və üzvləri, yerli və xarici tələbələr, media nümayəndələri, ailə üzvləri, əsasən uşaqları ilə birgə çoxsaylı həmvətənlərimiz iştirak ediblər. Öncə, tədbir iştirakçıları Səfirliyin önündə yeni yaradılmış bağçadakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Sonra çıxışlar başlayıb.WhatsApp Image 2021 09 25 at 23.47.30 1
Giriş nitqi ilə çıxış edən MAK-ın sədri Elçin Bayramov qonaqları salamlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı bu kimi tədbirlərin təşkilinin dünyada, eləcə də Moldovada yaşayan azərbaycanlılar, onların ailə üzvləri, xüsusilə gənc nəsil üçün Nizami irsinin öyrənilməsi və tanıdılması baxımından olduqca önəmli olduğunu bildirib.WhatsApp Image 2021 09 25 at 23.47.29
Tədbirdə Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriyak çıxış edərək, hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu, xüsusilə son 10 ildə müxtəlif birgə tədbirlər təşkil edildiyini, çoxlu sayda Azərbaycan kitablarının rumın dilinə, moldovalı müəlliflərin əsərlərinin azərbaycan dilinə tərcümə edildiyini bildirib. WhatsApp Image 2021 09 25 at 23.47.26T. Kiriyak 2018-ci ildə Moldovada Azərbaycan Ədəbiyyatı Günlərinin təşkil edildiyini, habelə ölkəmizdə Moldova Ədəbiyyatı Günlərinin keçirildiyini də xatırladaraq, yazar və mütəfəkkirlərin əsərlərinin sərhədləri aşaraq, ölkələr və xalqlar arasında münasibətləri genişləndirməyə xidmət etdiyini nəzərə çatdırıb. WhatsApp Image 2021 09 25 at 23.47.25 1Bu xüsusda, moldovalı sədr Nizami Gəncəvi yaradıcılığının önəmini vurğulayıb, dünyada geniş şöhrət tapmış “Xəmsə”nin poetik-fəlsəfi düşüncənin zirvəsində dayandığını bildirib. Səfirliyimiz və MAK ilə yaxından əməkdaşlıq etdiyini qeyd edən T. Kiriyak, bu tədbirlərin keçirilməsinin hər iki ölkənin təmaslarının möhkəmləndirilməsi baxımından önəmli olduğunu da iştirakçıların diqqətinə çatdırıb.WhatsApp Image 2021 09 25 at 23.47.24
Verilən məlumata görə, öz növbəsində, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da qonaqları salamlayaraq, həmvətənlərimizin ailə üzvləri, daha çox kiçik övladları ilə birgə “Ata Yurdu”nda toplaşmasından məmnunluq ifadə edib. Səfir öz çıxışında xalqımızın milli irsinin dəyərli hissəsi olan Nizami Gəncəvi yaradıcılığının araşdırılmasının, gənc nəsillərə, uşaqlara aşılanmasının əhəmiyyətindən də bəhs edib. Səfir onu da bildirib ki, Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar, Moldova Respublikasında bir sıra tədbirlərin keçirilməsi də planlaşdırılır. WhatsApp Image 2021 09 25 at 23.47.24Belə ki, o, paytaxt Kişineuda milli kitabxanada görkəmli şairin həyat və yaradıcılığına həsr olunmuş geniş konfrans keçiriləcəyini də, tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfirlikdə açıq havada Azərbaycan xalqının tarixini və irsini əks etdirən muzeyin yaradıldığını da deyən səfir, burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin ucaldıldığını və tezliklə, Azərbaycanın məşhur şair və mütəfəkkirlərinin barelyeflərinin, o cümlədən Nizami Gəncəvinin barelyefinin də quraşdırılacağını bildirib.WhatsApp Image 2021 09 25 at 23.47.17
Bütün bunlardan əlavə, səfir Qüdsi Osmanov öz çıxışında onu da bildirib ki, sentyabrın 27-də Səfirlikdə Vətən Müharibəsinin başlamasının ildönümü qeyd olunacaq, Anım Günündə Azərbaycan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad ediləcək.WhatsApp Image 2021 09 25 at 23.47.17 1 Noyabrın 8-də, Qələbə Gününün birinci ildönümündə bayram tədbirlərinin keçiriləcəyini qeyd edən səfir, Ali Baş Komandan Prezident İlham Əliyevin başçılıq etdiyi Şanlı Milli Ordumuzun bütün Azərbaycan xalqına möhtəşəm zəfərlər nümunəsi dolu Qələbə sevinci bəxş etdiyini xüsusi vurğulayıb. WhatsApp Image 2021 09 25 at 23.47.18Eyni zamanda, Qudsi Osmanov qeyd edib ki, Səfirlikdə bu zəfərimizin şərəfinə “Dəmir Yumruq” barelyefinin açılışı da gözlənilir.
Tədbirdə daha sonra Moldovanın nüfuzlu xəbər portalı “Bloknot”un Baş redaktoru Viktor Advaxov, Moldovada fəaliyyət göstərən Dağ Yəhudiləri İcmasının rəhbəri Roman Aronov, Qaqauz İcmasının rəhbəri Nikolay Terzi çıxış edərək, dahi mütəfəkkirin əsərlərindən danışıb, tədbirin Nizami Gəncəvi sənətinin öyrənilməsi və tədqiqi baxımından vacib olduğunu bildirblər.WhatsApp Image 2021 09 25 at 23.47.19
Tədbirdə, həmçinin MAK-ın vətənpərvər və fəal üzvlərindən Maarif Rəhimov, Yasin Seyidov, Zamir Qubadov, Allahverdi Xələfov, Mehralı Quliyev və başqaları da çıxışlar edərək, dahi yazarın əsərlərindən nümunələr səsləndirib, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş Nizami yaradıcılığının həmvətənlərimizə, doğma Vətəndən ayrı yaşayan gənclərə tarixi keçmişimiz, milli dəyərlərimiz və milli ədəbiyyatımızın öyrədilməsi üçün əvəzsiz xəzinə olduğunu qeyd ediblər.WhatsApp Image 2021 09 25 at 23.47.20
Tədbirin sonunda isə, uşaqlar Nizami Gəncəvinin şeirlərini səsləndirib, dahi mütəfəkkirin 880 illik yubileyi münasibətilə hazırladıqları “Şuşanın qala divarları”nın maketini nümayiş etdiriblər. Sonda, uşaqlar səmaya sülhün rəmzi olan olan bəyaz şarlar buraxıblar.
Onu da qeyd edək ki, bu tədbirdə qonaqlara Azərbaycan mətbəxinin milli təamları da təqdim olunub. Bu möhtəşəm tədbir, həm də Moldovanın media nümayəndələri tərəfindən mətbuatda geniş işıqlandırılıb.

[bt_slider uid=”1632602714-614f8a5a9dffb” target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.20.jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.20.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.20 (1).jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.20 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.29.jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.29.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.21.jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.21.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.30.jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.30.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.21 (2).jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.21 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.23.jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.23.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.21 (1).jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.21 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.16 (1).jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.16 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.16.jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.16.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-09-25 at 23.47.15.jpeg” title=”WhatsApp Image 2021-09-25 at 23.47.15.jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.