Prezident İlham Əliyevin xalqa bugünkü müraciətini diqqətlə dinlədim. Mənim üçün müraciətdə əsas diqqət çəkən məqam Prezidentin “ölmüş Dağlıq Qarabağ statusunu bərpa etmək istəyənlər öz ölkəsində Dağlıq Qarabağ yaratsın” fikri oldu. Bu, Ermənistana, onu açıq-aşkar müdafiə edən qüvvələrə, o cümlədən “Qarabağın yarısı hələ də işğaldadır” deyənlərə açıq mesaj idi”.
araz.az bildirir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də anım günündə xalqa müraciəti barədə danışarkən qeyd edib ki, Azərbaycan hərbçisi bu torpaqları öz canı, qanı bahasına işğaldan azad edib: “Prezident, həmçinin vurğuladı ki, əgər erməni təxribatçıları Azərbaycandan torpaq almaq eşqinə düşsələr, dəmir yumruğu görəcəklər. Çox deyirdilər ki, Azərbaycan torpaqlarının yarısında Rusiya sülhməramlılarının qalmasına razıdır və s. Belə şey yoxdur, Prezident İlham Əliyev bir daha vurğuladı ki, status söhbəti yoxdur. Beynəlxalq aləm Azərbaycanın şanlı qələbəsini tanıyıb. Bundan başqa, Prezident anım günündə şəhidləri salamladı, qazilərə və hərbçilərə təşəkkürünü bildirdi və Türkiyənin xüsusi rolunu vurğuladı. Hiss etdim ki, Prezident sonda kövrəldi, həmin kadr emosional idi. Mən Ali Baş Komandan, Prezident İlham Əliyevə Azərbaycan xalqının başını bütün dünyada dik tutduğu, üzümüzü ağartdığı üçün təşəkkür edirəm”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.