WhatsApp Image 2021 09 28 at 12.56.24

Beynəlxalq Muzeylər Şurasının (İCOM) builki “Muzeylərin gələcəyi: Dirçəliş və yeni baxış” devizinə uyğun olaraq, sentyabrın 27-də beynəlxalq onlayn video-konfrans keçirilib. Bu barədə, Muzeydən araz.az-a daxil olan məlumatda deyilir ki, konfransın “Muzeylər üzərindən ərəb sivilizasiyasının müxtəlifliyi” mövzusunda sessiyasına fəxri qonaq kimi qatılan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Qarabağ nümunəsində müharibə və hərbi toqquşmalar zamanı tarixi və mədəni abidələrin, muzeylərin məhvi” adlı məruzə ilə çıxış edib. Məruzəçi xüsusi olaraq onu qeyd edib ki, konfliktlər dövründə dünyanın tarixi və mədəni abidələrinin məhvi, qəsdən dağıdılması beynəlxalq hüquqa açıq hörmətsizlik, YUNESKO, Haaqa və Avropa Şurası konvensiyalarına zidd və bəşəriyyətə qarşı törədilən ən böyük vəhşilikdir.

WhatsApp Image 2021 09 28 at 12.56.23

 

Beynəlxalq qurumların mədəni sərvətlərin məhv edilməsinin qarşısını almaq üçün, real təsir mexanizmlərinin olmaması da çox narahatedicidir ki, bu, özünü Qarabağ müharibəsi dövründə bariz şəkildə göstərdi.

WhatsApp Image 2021 09 28 at 12.57.44
Şirin Məlikova 30 illik işğal dövründə Qarabağın mədəni sərvətlərinin ardıcıl şəkildə məhv edildiyini də bildirərək, dağıdılmış abidələrin, muzeylərin, kitabxanaların, teatrların işğaldan sonra çəkilmiş fotolarını nümayiş etdirmişdir.

WhatsApp Image 2021 09 28 at 12.57.41 

Evakuasiya etmək mümkün olmadığı üçün 22 muzeyə aid minlərlə eksponatın taleyinin naməlum olduğunu, məscidlərin dağıdılması ilə Azərbaycan xalqının dini inanclarının təhqir edildiyini, qədim Alban abidələrinin saxtalaşdırıldığını, qanunsuz aparılmış arxeoloji qazıntıları və digər mühüm məsələləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.

WhatsApp Image 2021 09 28 at 12.57.41 1

O, həmçinin azad olunmuş ərazilərdə qısa zaman ərzində aparılan bərpa işləri haqqında danışıb, yenidən rekonstruksiya edilmiş tarixi memarlıq abidələrinin fotolarını sessiya iştirakçılarının diqqətinə təqdim edib.

WhatsApp Image 2021 09 28 at 12.57.39

Məlumatda o da qeyd edilib ki, İCOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin direktoru Əssam Əl-Nəcdinin moderatorluğu ilə baş tutan sessiyada, İCOM Ərəb Ölkələri Regional İttifaqının vitse -prezidenti Eç Çerki Dahmalı, İCOM Asiya-Sakit Okean İttifaqının idarə heyətinin üzvü, İCOM “Ailə forumu”nun yaradıcısı, İVCOM-un təsisçilərindən Məhəmməd Axtər Caved, İCOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin prezidenti Rəşad Buxaş salamlama və açılış nitqi ilə çıxış ediblər.

WhatsApp Image 2021 09 28 at 12.57.44 1

Daha sonra, Sivilizasiyalar Qovşağı Muzeyinin yaradıcısı və direktoru Əhməd Əl-Mənsuri (Dubay), Saadabad Mədəni və Tarixi Kompleksinin tədqiqatçı eksperti Sara Kəriman, sərgilər və kolleksiyalar üzrə menecer Fərhad Əl-Həsəni (Oman, Zübeyir Muzeyi), Acman Memarlıq, İncəsənət və Dizayn Kollecinin dosenti Qamal Əl-Samanudi (BƏƏ) tərəfindən məruzələr iştirakçılara təqdim olunub.

WhatsApp Image 2021 09 28 at 12.57.39 1

WhatsApp Image 2021 09 28 at 12.57.45

WhatsApp Image 2021 09 28 at 12.57.45 1

WhatsApp Image 2021 09 28 at 12.57.46

WhatsApp Image 2021 09 28 at 12.57.46 1

WhatsApp Image 2021 09 28 at 12.57.46 2

araz.az xəbər portalı.

araz.az xəbər portalı.