Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
araz.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, E.Quliyev bu təyinata qədər Kəlbəcər RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.