“Nar”ın Baş sponsorluğu ilə, Azərbaycan çempionu titulu uğrunda yarış başlayır. Bu barədə, “Nar”dan araz.az-a daxil olan məlumatda bildirilir ki, 18-ci mövsümü start götürən “Breyn Rinq” adlı bu çempionat ölkənin ən baxımlı intellektual yarışırdır. Məlumata görə, bu bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsini və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda, olimpiya sistemi üzrə, “Bilik” kuboku uğrunda mübarizə aparacaq. Kuboku qazanan komanda, ötən mövsüm qalib olmuş “Nar” komandası ilə, “Breyn Rinq — 2021” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq. Oktyabrın 1-dən start götürəcək bu yarış hər həftənin cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq.
Məlumata görə, mobil operator builki mövsümdə də, “Nar” və işğaldan azad edilmiş bölgələrin intellektuallarının birləşdiyi “Qarabağ” komandalarını dəstəkləyəcək. Televiziya tamaşaçılarını da yarışa cəlb etmək məqsədilə, bu il də, “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Onu da qeyd edək ki, hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının Baş sponsorudur. Yeri gəlmişkən, “Nar” bu kimi digər layihələrin də müəllifi və dəstəkçisidir. Bu layihələr haqqında daha ətraflı məlumatlarla nar.az səhifəsində tanış olmaq mümkündür.
Ümumiyyətlə, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildən fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Elə, “Nar” ticarət nişanı da, Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar”, ölkədə ilk dəfə olaraq, 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Konkret olaraq, onu da qeyd edək ki, “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91 faizini əhatə edir və 8780-dan artıq baza stansiyası ilə, 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində, səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD — Voice” (High Definition Voice) xidmətini də, təqdim edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.