ac002890 3a41 36f1 ae1c 0a95046ea591 850

Polşa və Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

araz.az-ın məlumatına görə, bu, “Legiya”nın Avropa Liqasında, “Qarabağ”ın isə Konfrans Liqasında qrup mərhələsinin II tur matçlarındakı qələbələrindən sonra baş verib. Polşa təmsilçisi İngiltərə “Lester”i üzərində qalibiyyəti Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeganə qolu sayəsində qazanıb – 1:0.

“Qarabağ” isə Kiprdə “Omoniya”nı darmadağın edib – 4:1.

Beləliklə, bu iki ölkə hərəyə 0,500 xal qazanıb. Nəticədə Polşa 15,875 xalla (bu mövsüm 4,625 xal) 2 pillə irəliyə – 26-cı mövqeyə yüksəlib. Azərbaycan isə 15,500 xalla (bu mövsüm 2,875 xal) 1 pillə – 28-ci mövqeyə qalxıb.

Əvəzində Macarıstan 15,875 xalla (bu mövsüm 2,250 xal) 27-ci, Qazaxıstan isə elə 15,500 xalla (bu mövsüm 2,625 xal) 29-cu pilləyə geriləyib.

Digər tərəfdən, “Omoniya”nın məğlubiyyəti üzündən Kipr siyahıda 1 pillə enib. Hazırda ada dövlət 24,375 xalla (bu mövsüm 2,125 xal) 17-cidir. Geriləməyə məruz qalan daha bir ölkə isə Türkiyədir – 23,900 xalla (bu mövsüm 3,500 xal) 19-cu yer.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.