İran səfirliyi qarşısında törədilmiş tərbiyəsizlik İranın dövlət atributlarına hörmətsizlikdən başqa ilk növbədə Azərbaycan dövlətinə qarşı düşmənçilikdir.
araz.az bildirir ki, bu barədə hüquqşünas Aslan İsmayılov “facebook” hesabında paylaşım edib:
-Birincisi, heç bir, o cümlədən qonşu dövlətin rəmzlərinə qarşı, bizə düşmən münasibətinə baxmayaraq, hörmətsizlik etmək olmaz. Bu, o hərəkəti edənlərin mədəniyyət göstəricisidir. İkincisi, bu addımı atanlar fars hakimiyyətinə İranda yaşayan azərbaycanlılar arasında bizə qarşı düşmən münasibətinin təbliğ etməsinə fürsət verir. Bu isə yolverilməzdir. Bu hərəkətin təxribat olması ehtimalını da yüksək sayıram.
Ona görə də hesab edirəm ki, müvafiq strukturlar hadisəni hərtərəfli araşdırmalı, bu addımı atanları və onları buna sövq edənləri qısa müddətdə müəyyən edib cəzalandırmalıdır. Bu günə qədər qonşu dövlətlərarası münasibətləri lağ-lağıya çevirmək heç kimə uğur gətirməyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.