Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən tədbirlər davam etdirilir.
araz.az APA-ya istinadən bildirir ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlərin davamı kimi, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanıb.
- DYP həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edib
- Sosial şəbəkələrdə onlayn narkotik satan dəstə üzvləri tutulub – FOTO
- Bakıda mənzillərdən 22 min manatlıq oğurluq edən şəxs tutulub
Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.