Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
Belə ki, 2020-ci il oktyabrın 11-i Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ağır artilleriya atəşinə tutub. Gecə saat 02:00 radələrində cəbhə zonasından kənarda yerləşən şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 nəfər mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb.
Hadisədən sonra faciə yerində olan Oxu.Az-ın əməkdaşı həmin dəhşətli anları kamerasının yaddaşına köçürüb.
Faciənin ildönümü ilə əlaqədar həmin fotoları bir daha yayımlayırıq:
Ramil YUNUS.
araz.az xəbər portalı.