1634634152 645Üzeyir İsgəndərov ciddi nöqsanlara yol verib

araz.az  paralel.az-ın məlumatına əsasən bildirir ki, Beyləqan Mərkəzi Xəstəxanasının baş həkimi Üzeyir Ramiz oğlu İsgəndərov vəzifəsindən azad olunub.

Məlumatda o da bildirilir ki, TƏBİB-dən gələn yoxlama heyəti müəyyən edib ki, baş həkim əlilliyin təyinatı zamanı hər bir əlildən rüşvətalma və saxta sənəd tərtib etmə şübhəsilə vəzifədən çıxarılıb.

Baş həkim Üzeyir İsgəndərovun vəzifədən qovulmasının digər başqa səbəb isə Beyləqan Mərkəzi xəstəxanasına bu ilin fevralında Ramin Bayramlının Xocavənddən gətirib xəstəxanaya direktor təyin etdiyi Nurəngiz Bəşirovanın TƏBİB-in yeni rəhbərliyilə razılaşması əsasında olduğu bildirilir.

Baş həkimin işdən çıxarılmasının direktor Nurəngiz Bəşirovanın məzuniyyətdə olduğu dövrdə baş tutması, məhz direktorun adının rüşvət qalmaqalında çox hallanmaması ilə əlaqədar olduğu bildirilir.

Nurəngiz Bəşirovanın baş həkim vəzifəsinə təyin edəcəyi yeni şəxs də artıq xəstəxana işçilərinə çoxdan məlumdur.

Direktorun baş həkim vəzifəsinə özünə yaxın adam təyin etməsinin məqsədi isə baş həkimin yığdığı külli miqdarda rüşvətin ona tam çatdırılması ilə bağlı olduğu deyilir.

Mövzunu diqqətimizdədir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.