Pakistan Hərbi Dəniz Qüvvələri ölkənin ərazi sularına girməyə çalışan Hindistan sualtı gəmisinin qarşısını alıb.
araz.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Açıqlamada hərbi dəniz qüvvələrinin ölkənin dəniz sərhədlərini qorumaq üçün fasiləsiz müşahidə apardığı bildirilib.
Açıqlamada Pakistanın ərazi sularına girməyə çalışan Hindistan ordusunun sualtı gəmisinin qarşısının dəniz patrul təyyarəsi tərəfindən alındığı və bunun üçüncü belə hal olduğu deyilib. Digər yandan, açıqlamada əvvəlki 2 olayın vaxtı ilə bağlı məlumat verilməyib. 2019-cu ilin martında və 2016-cı ilin noyabrında Hindistanın sualtı gəmiləri Pakistanın ərazi sularına girmək istəyərkən ələ keçirilmişdi.teleqram
araz.az xəbər portalı.
araz.az xəbər portalı.