aslan

AFFA-nın məni məhkəməyə verməsi ilə bağlı etirazımı hazırlayıram. Məhkəməyə verilmə səbəbim olmuş AFFA-nın fəaliyyətini tənqid edən yazım bu ilin 20 sentyabrında olub.

İndilərdə AFFA-nın fəaliyyətini araşdırarkən çox maraqlı faktla rastlaşdım. Bu ilin 1 yanvarından 20 sentyabra qədər, yəni 9 ay ərzində AFFA rəhbərliyində təmsil olan şəxslərdən bir nəfər də hansısa regionda olub futbolla maraqlanmaları ilə bağlı saytlarında bir material belə yoxdur. Yazımdan sonra 22 sentyabr-8 oktyabrda, yəni 17 gün ərzində isə AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov 12 rayon və şəhərdə -Naxçıvan, Tovuz, Mingəçevir, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Lənkəran, Masallı, Cəlilabad, Siyəzən, Qusarda olub və yerli futbol təşkilatları, uşaq futbolu ilə maraqlanıb”.

araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Məhkəmənin nəticəsindən asılı olmayaraq bir yazının AFFA rəhbərliyinin yerlərə gedib futbolla məşğul olmalarına səbəb olmasına çox sevindim, çünki milli yığmamızın, beynəlxalq yarışlarda iştirak edən klublarımızın uğuru yerlərdə futbolun inkişafından asılıdır. AFFA-nın ölkədəki nüfuzu barədə isə bu günlərdə məhkəmə üçün hazırladığım Sizə də təqdim edəcəyim etiraz məktubundan tanış ola biləcəksiniz” – A.İsmayılov qeyd edib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.