“Füzuli Hava Limanına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin enişini izlədim və qürur hissi keçirdim”.
araz.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
Aslan İsmayılov qeyd edib ki, bir neçə il bundan əvvəl belə bir hadisənin olacağını kimə desən, inanmazdı. Bir il bundan əvvəl addımbaşı minalanmış ərazidə Beynəlxalq Hava Limanının tikilməsi həqiqətən nadir hadisədir. Demək, Hakimiyyət və Xalq olaraq çox şeyə qadirik. Bunu Vətən Müharibəsindəki Şanlı Qələbəmiz də göstərdi.
“Ən əsası isə bu hadisə işğalçılar üçün, “böyük ermənistan” mifi ilə yaşayanlar üçün bir mesajdır. Əminəm ki, bu gün onlar yas içindədirlər. 30 il ərzində erməni diasporasının bütün dünyadan Dağlıq Qarabağa hər il göndərdiyi 100 milyonlarla ölçülən yardımlar “hara gedib” sualı ermənilər arasında böyük qarşıdurmalar yaradacaq. Bunun əvəzində isə 9 ay ərzində yaradılan Füzuli Beynəlxalq Hava Limanı, yaxın zamanda reallaşacaq digər böyük layihələr ermənilərin Türkiyə və Azərbaycanın iştirakı olmadan mövcudluğunun mümkünsüz olduğunu onların hər birinə göstərəcək!”, deyə tanınmış hüquqşünas sonda vurğulayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.