“Füzuli Hava Limanına Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın təyyarəsinin enişini izlədim və qürur hissi keçirdim. Bir neçə il bundan əvvəl belə bir hadisənin olacağını kimə desən, inanmazdı. Bir il bundan əvvəl addımbaşı minalanmış ərazidə Beynəlxalq Hava Limanının tikilməsi həqiqətən nadir hadisədir. Demək, Hakimiyyət və Xalq olaraq çox şeyə qadirik. Bunu Vətən müharibəsindəki şanlı qələbəmiz də göstərdi”.
araz.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov əlavə edib ki, ən əsası isə bu hadisə işğalçılar üçün, “böyük ermənistan” mifi ilə yaşayanlar üçün bir mesajdır: “Əminəm ki, bu gün onlar yas içindədirlər. 30 il ərzində erməni diasporasının bütün dünyadan Dağlıq Qarabağa hər il göndərdiyi 100 milyonlarla ölçülən yardımlar “hara gedib” sualı ermənilər arasında böyük qarşıdurmalar yaradacaq. Bunun əvəzində isə 9 ay ərzində yaradılan Füzuli Beynəlxalq Hava Limanı, yaxın zamanda reallaşacaq digər böyük layihələr ermənilərin Türkiyə və Azərbaycanın iştirakı olmadan mövcudluğunun mümkünsüz olduğunu onların hər birinə göstərəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.