“Növbəti qəbul imtahanında I qrup imtahanlarında informatika fənni olmayacaq. Bu dəyişiklik 2023-2024-cü tədris ilindən tətbiq olunacaq”.
araz.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, İnformatika fənninə aid qəbul proqramı üzərində işlər aparılır: “Bu proqramı elə nəzərdə tutmuşuq ki, imtahan birinci il yalnız kağız daşıyıcı əsasında olacaq, gələcəkdə, 1-2 il sonra əlavə fənn kimi tətbiq olunacaq, kompüter vasitəsilə il boyu keçiriləcək. Müəyyən planlarımız var, bunu Təhsil Nazirliyi ilə müzakirə edirik. Növbəti qəbulda I qrup imtahanlarında fənlərin sırasında İnformatika olmayacaq, amma gələn ilin martında, bəlkə də daha tez bu fənn üzrə qəbul proqramı ictimaiyyətə təqdim olunacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.