Azərbaycanda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:00-da İsmayıllı rayonunda, Pirquli stansiyasından 17 km cənub-qərbdə İsmayıllı ərazisində 3 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.