naile

“Çingiz Abdullayev öz statusunda su verdiyi uşağı nəvəsinə bənzətdiyi üçün yazmışdı. İçindən gəldiyi üçün yazmışdı. Ayıbdır, vallah, o əsl ziyalıdır, bir çoxları kimi, özünü cəmiyyətdə baş verən hadisələrdən uzaq tutmur, qaçıb gizlənmir”.

araz.azın xəbərinə görə, bunu tanınmış teleaparıcı Nailə İslamzadə bildirib.

N.İslamzadə qeyd edib ki, Çingiz Abdullayev dahi yazıçı olsa da, bəziləri kimi özünü yuxarıda tutmur, həmişə xalqın içindədir: “Bu yanaşma doğru deyil, əslini bilib bilmədən hörmətli ziyalımızı tənqid edənlər: Böyük ədəbiyyatda 30 ildən çox yol, 200 adda kitab, dünyanın 30-dək dilinə çevrilən, ümumi tirajı 30 milyondan çox  600 kitab… Siz kimə daş atırsız?! Çingiz Abdullayev sağlığında adı heykəlləşmiş, etalonlaşmış, dünyanın məşhur klassiklərinin cərgəsinə qoşulmuş, mənim, bütün Azərbaycanın və dünyanınkı olan qiymətli ziyalımız və yazıçımızdır! Bu nə yanaşma, bu necə insanlıqdır? Millətini, yurdunu sevən hər vicdanlı azərbaycanlı belə bir Vətən övladı ilə iftixar etməzmi?! Məncə, düşünək!”

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.