617fa29a6837a617fa29a6837b1635754650d2a6507c58fc6e04302f18712b755824

“İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi əməllərlə əlaqəli olaraq müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb. Bu cinayət işlərinin bəzilərinin istintaqı Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır”.

araz.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

X. Vəliyev deyib ki, Azərbaycanın bəzi hərbçilərinin müharibə zamanı səriştəsizliyinə görə də cinayət işləri başlanılıb: “Ancaq onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu, əslində, millətin ruhundan xəbər verir”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.