ilhamprezident6“Əldə olunmuş uğurların əsası ulu öndər tərəfindən qoyulub, reallaşdıran isə Prezident İlham Əliyevdir. Cənab Prezidentin bütün bu işləri görə bilməsinin də əsas sirri xalq, ordu və lider vəhdətidir. Bu vəhdət, birlik dəmir yumruğa çevrildi və bu yumruq 8 noyabr zəfərini əldə etdi”.

araz.az   Pravda.az-a istinadən bildirir ki, bunu  Milli Məclisin deputatı Naqif Həmzəyev Zəfər günü ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan uzun illər idi ki, Qarabağ münaqişəsinin həll olunmasını və torpaqlarımızın işğaldan azad olunmasını istəyirdi: “Bu, hər kəsin ən böyük arzusu idi. Təəssüflər olsun ki, bu problemin həlli sülh yolu ilə mümkün olmurdu, Ermənistan tərəfi müxtəlif yollarla danışıqları pozduğu üçün torpaqların geri qaytarılması mümkün olmurdu. ATƏT-in Minsk Qrupu öz mandatını düzgün istifadə etməyərək Ermənistana heç bir təzyiq və təsir göstərmirdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona turistik səfərlərlə yadda qalırdı. Nəticədə 2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan əmin oldu ki,  erməni mifinin Ermənistanın qurduğu müdafiəni yara bilmək qüdrəti və gücü var. Bu bir növ sınaq döyüşləri oldu.  Ancaq həmin ərəfədə Ermənistan tərəfi söz verdi ki, problem süh yolu ilə həllini tapacaq. Ancaq bundan sonrakı dövrdə proseslər faktiki olaraq əvvəlki kimi cərəyan edirdi. Bunlara baxmayaraq Prezident İlham Əliyev bütün beynəlxalq platformalardan, bütün çıxışlarında ikitərəfli, üçtərəfli görüşlərində münaqişənin sülh yolu ilə həll olunmayacağı təqdirdə hərb yolu ilə torpaqlarımızı mütləq işğaldan azad olunacağını səsləndirdirirdi. Bütün beynəlxalq qanun və konvensiyalara arxalanaraq torpaqların Azərbayacana məxsus olduğunu bildirir, ermənilərin işğalçı olduğunu hər kəsə sübut edə bilirdi. Son vaxtlar beynəlxalq təşkilatların və əksər aparıcı dövlətlərin də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruri olduğunu vurğulayırdılar. 2020-ci ilin yay aylarında Ermənistan  tərəfindən yeni təxribatlara əl atıldı, onlar Azərbaycan üçün önəmli olan Bakı-Tbilisi-Ceyhan və digər beynəlxalq layihələrin keçdiyi Tovuz ərazisində yüksəklikləri ələ keçirmək və faktiki olaraq Azərbaycanın beynəlxalq layihələrini öz nəzarətlərinə keçirmək istədilər”.

N.Həmzəyev, həmçinin bildirib ki, döyüşlər zamanı Azərbaycan ordusu Ermənistan tərəfini yerinə oturtdu və onlara ağır zərbə vurdu: “Buna baxmayaraq bizim dinc sakinlərimiz və hərbçilərimiz şəhid oldular. Artıq aydın olurdu ki, ermənilər sülh yolu ilə torpaqların qaytarılmasını istəmir, amma Prezindet İlham Əliyev çox qətiyyətli mövqe sərgilədi, həmin ərəfədə təmkinli davrandı və vaxtını gözlədi. Sentyabrın 27-də növbəti təxribat zamanı cənab Prezident Azərbaycan Silahlı Qüvvələrinə əks-həmlə hücumlarına keçməyə, daha sonra hücum taktikası yerinə yetərərək Azərbaycanın işğalda olan torpaqlarını azad etmək əmri verdi. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, Ali Baş Komandan İlham Əliyevin həmin vaxtkı əmri, qətiyyəti ilə Azərbaycan ordusu döyüşlərə başladı və rəşadətli ordumuz canından, qanından keçərək, torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə birbaşa liderimiz, prezident İlham Əliyevin adı, ordumuzun qəhrəman zabit və əsgərləri ilə bağlıdır. Bu qələbənin sahibi prezidentimiz cənab İlham Əliyevdir. Biz unutmamalıyıq ki, yalnız hərb meydanında müharibənin taleyi həll olunmadı. Bununla yanaşı diplomatiya, informasiya savaşı gedirdi. Bu döyüşdə də İlham Əliyev sinəsini qabağa verdi, məhz 44 günlük Vətən müharibəsinin gedişində 30-a yaxın beynəlxalq informasiya agentliyinə, televiziya və qəzetlərə müsahibə verdi. Həmin müsahibələrdə qərəzli suallar səsləndirən jurnalistlərə isə təmkinlə və lazımi şəkildə cavab verildi. Cənab Prezident hər gün xalqa açıqlamalar verirdi. Həm hərb meydanında və informasiya müharibəsində, həm də diplomatiya savaşında liderlik edirdi. Məhz 44 günlük Vətən müharibəsində əldə olunan hərbi zəfər, daha sonra siyasi qələbəyə çevirlə bildi. Post-müharibə dönəmində cərəyan edən proseslər onu deməyə imkan verir ki, biz öz istəklərimizə çatacağıq. Qarabağ savaşı qədər bizə önəmli olan Zəngəzur dəhlizinin açılması da zaman məsələsidir. Tezliklə bu məsələ də öz həllini tapacaq. Azərbaycan Qarabağı, Şərqi Zəngəzuru cənnət məkana çevirəcək. Şərqi Zəngəzurdan başlayan yol Qərbi Zəngəzurdan keçərək Naxçıvana birləşəcək. Azərbaycan yalnız Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edən dövlət deyil, həmçinin kommunikasiya və nəqliyyat dəhlizlərinin keçdiyi  bir dövlət funksiyasını daha da gücləndirəcək və regionun açar dövlətinə çevriləcək”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.