WhatsApp Image 2021 11 02 at 01.40.20

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsüylə, “Şərq” qəzetinin 25 illiyinə həsr olunan toplantı keçirilib. Bu barədə, Şuradan araz.az-a daxil olan məlumatda bildirilir ki,
tədbiri açan MŞ-nin sədri Əflatun Amaşov öncə xüsusi olaraq onu vurğulayıb ki, “Şərq” qəzeti ölkədə alternativ fikrə ehtiyac duyulduğu bir zamanda yaranıb və bu nəşr özünü daha müstəqil, daha tərəfsiz kütləvi informasiya vasitəsi kimi təqdim edərək, mövcud dəst-xəttini indiyədək qoruyub saxlamaqla, ətrafına geniş oxucu auditoriyası toplaya bilib. Qəzet həmçinin fəaliyyətində klassik mətbuatımızın ənənələrinə sadiqliyi ilə populyarlaşıb və cəmiyyətin etibarlı söz tribunasına çevrilib. Bu statusun qazanılması illərin zəhmətinin bəhrəsidir. Ə. Amaşov öz çıxışında “Şərq”in gələcəkdə daha uğurlu fəaliyyət göstərəcəyinə də əminliyini vurğulayıb. O, Mətbuat Şüasının Diplomunu “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlıya təqdim edib.
“Ədalət” qəzetinin təsisçisi, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas isə, öz çıxışında “Şərq”i məhrumiyyət və çətinliklərə sinə gərməyi bacaran mətbuat orqan kimi səciyyələndirib. Onu da bildirib ki, qəzetin peşəkarlığa və prinsipiallığa əsaslanmış dəst-xətti Baş redaktor Akif Aşırlının jurnalistikaya hədsiz bağlılığının göstəricisidir.
Öz çıxışında, adı “Şərq” olsa da, 25 yaşını qeyd edən bu qəzetin hər zaman Qərbə, Şimala və Cənuba xitab edən maraqlı təqdimatlarla yadda qaldığını deyən Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, bu nəşrin bundan sonra belə, uğurlu fəaliyyət göstərməyi üçün oturuşmuş struktura malikliyinə diqqət çəkib.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə, öz çıxışında, “Şərq”in fəaliyyətinə milli məfkurə daşıyıcısı, milli ruhu yaşadan mərkəz baxımından yanaşıb. O, bildirib ki, 25 ildir bu qəzetin eyni missiyanı uğurlu şəkildə davam etdirməsi onu fərqləndirməkdədir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid 25 yaşını qeyd edən bu nəşri orijinal, hadisə və proseslərə məxsusi yanaşma tərzi ilə seçilən kütləvi informasiya vasitəsi olaraq dəyərləndirib və onun tutduğu yolu bundan sonra da davam etdirəcəyinə əminliyini dilə gətirib. Rəşad Məcid öz çıxışında, eyni zamanda, “Şərq” qəzetində mətbuat tarixi muzeyinin mövcudluğuna diqqət çəkib və onu da vurğulayıb ki, belə yanaşma nəşrin ənənələrə ehtiramından irəli gəlir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli isə, öz çıxışında onu bildirib ki, Akif Aşırlı başda olmaqla, “Şərq”in 25 ildəki fəaliyyəti tarixdə qalacaq hadisədir. Baş redaktor deyib ki, bu nəşr hər zaman ədaləti, obyektivliyi qoruyub. Onun varlığı qəzetçilik ənənələrinin yaşadılmasına mühüm töhfədir.
“Ədalət” qəzetinin Baş redaktoru İradə Tuncay öz çıxışında onu vurğulayıb ki, “Şərq” hər zaman peşəkar jurnalistikaya sadiq kollektivi ilə fərqlənib. Qeyd edib ki, bu kollektivin üzvləri tanınmış imzalar olublar və elə, bu qəzetin uğurunu şərtləndirən mühüm cəhətlərdən biri də, məhz budur.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bizim yol” qəzetinin Baş redaktoru Bahəddin Həziyev öz çıxışında, hər bir yaradıcılıq nümunəsinin böyüklüyünün onu yaradan şəxsin böyüklüyü qədər olduğunu önə çəkib. O, bu baxımdan Akif Aşırlı şəxsiyyətinin jurnalistikaya, söz sənətinə bağlılığından söz açıb. B. Həziyev çıxışında, həmçinin “Şərq”in fəaliyyətinin davamlılığının vacibliyini əsaslandırıb.
Mətbuat Şurası idarə Heyətinin üzvü, “Cümhuriyyət” qəzetinin Baş redaktoru Rafail Becanov öz çıxışında, “Şərq”i milli ruhlu, siyasi ədalətin qorunub saxlanıldığı qəzet, jurnalistika məktəbi kimi xarakterizə edib. O, onu da vurğulayıb ki, bu nəşrin hazırkı yüksək statusu Akif Aşırlı xarakterindəki prinsipiallığın məhsuludur.
“Novaya vremya” qəzetinin Baş redaktoru Şakir Ağayev öz çıxışında onu bildirib ki, “Şərq” 25 il öncə cəmiyyətə hansı dəyərləri aşılayırdısa, bu gün də eyni yoldadır. Bu isə, onun peşə dəyərlərinə sadiqliyinin göstəricisidir.
“Kaspi” qəzetinin Baş redaktoru İlham Quliyev, internet medianın geniş vüsət tapdığı hazırkı dövrdə, “Şərq” qəzetinin öz varlığını keyfiyyətli şəkildə davam etdirdiyini öz çıxışında xüsusi vurğulayıb və bunun son dərəcə vacib məqam olduğunu da bildirib.
“Birlik” jurnalının Baş redaktoru İlqar İlkin isə çıxışında onu bildirib ki, “Şərq” yüz il sonra da, Azərbaycanın hazırkı tarixi ilə bağlı müraciət ediləcək mətbuat orqanıdır. Çünki, o, obyektivdir, hər hansı qərəzə yol vermir. Ötən 25 ildə də nəşrin fəaliyyəti məhz bu baxımdan yadda qalıb.
Respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə öz çıxışında, “Şərq”in, o taylı bu taylı Azərbaycanın bütövlüyü ilə bağlı peşəkar təqdimatlara üstünlük verdiyini önə çəkərək, bunu mətbuatda ideoloji baxımdan mühüm hadisə olaraq səciyyələndirib.
Çıxış edənlərdən Mətbuat Şüasının icraçı katibi Şəmsəddin Əliyev, “Qaya” mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev və başqaları onu bildiriblər ki, “Şərq” qəzeti Azərbaycanın müstəqillik dövrü mətbuat tariximizin dəyərli nümayəndələrindən biridir. Onlar çıxışlarında bu nəşrin ötən müddətdə gördüyü işlərin müxtəlif tərəflərindən də söz açıblar.
Tədbirin sonunda çıxış edən “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı, rəhbərlik etdiyi bu nəşrin ötən 25 ildəki fəaliyyətinə verdikləri dəyərə görə, bu toplantının təşəbbüsçüsünə və iştirakçılarına təşəkkürünü çatdırıb. Akif Aşırlının çıxışından sonra, tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

[bt_slider uid=”1635838992-6180ec10e8d0d” source=”media:images” target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.20.jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.20.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.19 (1).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.19 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.18.jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.18.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.18 (1).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.18 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.19.jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.19.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.18 (2).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.18 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.20 (1).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.20 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.19 (2).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.19 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.17.jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.17.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.17 (2).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.17 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.17 (1).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.17 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.17 (4).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.17 (4).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.16.jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.16.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.16 (2).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.16 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.15 (2).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.15 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.16 (1).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.16 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.15 (1).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.15 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.15.jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.15.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-02 at 01.40.17 (3).jpeg” title=”WhatsApp Image 2021-11-02 at 01.40.17 (3).jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.