Bugün sosial şəbəkələrdə Yevlax şəhər Mərkəzi Xəstəxanası ilə bağlı görüntülər yayıldı. Həkimə gedən və həmin kadrları çəkən vətəndaşın sözlərinə görə qəbula düşmək üçün sanitar qovşaqdan keçmək lazımdır. Həkimin yanında pasient olsa, məcbur olub ya bayırda, ya da sanitar qovşaqda gözləmək lazımdır. Xəstəxananın baş həkimi məsələyə münasibət bildirib.
Sosial şəbəkələrdə yayılan bu görüntülər çaşqınlığa səbəb olub. Həkim qəbuluna düşmək istəyən şəxs əvvəlcə sanitar qovşağa daxil olmalıdır.
Görüntülər Yevlax şəhər Mərkəzi Xəstəxansında çəkilib.
Əməkdaşlarımız sözügedən videonun çəkildiyi Yevlax xəstəxanasında olublar. Xəstəxananın baş həkimi Gülağa Əzizov insanların təəccübünə səbəb olan görüntülərə münasibət bildirib.
Həkim əlavə edib ki, göstərilən xidmətlər normativlər daxilindədir.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/mW679xUX8IE’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.