“Dövlət rüsumu haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunub. Bu dəyişikliklər qəbul olunarsa, bir sıra sahələrdə rüsumların miqdarı artırılacaq.
Azərbaycanda bəzi sahələrdə indiyə qədər tətbiq olunan rüsumların miqdarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Artıq təkliflər Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirə olunub.
Rüsum dəyişiklikləri avto-moto nəqliyyat vasitələrini, bank, birja və sığortaçıların qeydiyyatını, eləcə də nikah məsələlərini, dərman qeydiyyatını, Azərbaycan vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya vətəndaşlıqdan çıxarılmağı əhatə edir. Millət vəkili Aydın Hüseynov rüsumlarda edilən dəyişikliklərin ilk növbədə dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyətinə töhfə verəcəyini düşünür.
Alkoqollu içkilər və tütün məmulatları ilə bağlı aksiz dərəcələrinə də yenidən baxılır. Lakin rüsumlarla bağlı vətəndaşları ən çox maraqlandıran sual avtomobillərin idxalı ilə bağlı tətbiq olunan rüsumlara hansı dəyişikliklərin ediləcəyidir. Millət vəkili buna əsas olmadığını bildirir. Onun sözlərinə görə, hətta bəzi rüsumlarda azalmalar da nəzərdə tutulur.
Millət vəkili edilən rüsumların qeydə alınan inflyasiya və digər iqtisadi proseslərlə əlaqəli olduğunu deyir. Bu rüsum dəyişikliyi zamanı isə əhalinin gəlirləri nəzərə alınıb.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/ikYXrtcCGIc’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.