osmangunduz

“Dövlət  rüsumlarının artırılması səbəbini izah edən nazir müavini Azər Bayramov bunu həm də son 10-15 ildə kağızın qiymətinin və çap xərclərinin artması ilə əsaslandırıb.  

Hörmətli nazir müavininin diqqətinə çatdırıram ki, son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayrılıb. Bəs bunun nəticələri necə oldu, məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı…”

araz.az  Pravda.az-a istinadən  xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib.

“Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma, rəqəmsallaşma əsasında effektivlik təmin olunur, xərclər azalır, operativlik artır və s. İndi biz kimə inanaq? Anlaşılmazdır ki, əgər kağızın üzərində  siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayrımaq nəyə lazımıydı? Belə çıxır ki, ya elektron hökumətə ayrılan xərclər özünü  doğrultmayıb , ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır” – O.Gündüz qeyd edib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.