“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifədən azad edilməsindən 5 ay ötür. “Azərsu” ASC-nin sədri vəzifəsinə bu ötən 5 ay ərzində təyinatın gecikməsi həm cəmiyyətdə, həm də siyasi kluarlarda geniş müzakirə mövzusuna çevrilib.
araz.az AzFakt.com-a istinadən bildirir ki, “Azərsu” ASC-nin sədri vəzifəsinə iddialı namizədlərdən biri uzun müddətdir sədrin müavini vəzifəsində çalışan Etibar Məmmədovdur.
Etibar Məmmədov sabiq spiker Oqtay Əsədovun ən sadiq kadrlarından hesab edilir. Düzdür, hazırda Oqtay Əsədovun ölkənin siyasi rəhbərliyinin yanında nüfuzu ciddi formada aşağı düşsə də, E.Məmmədovun böyük nüfuza sahib xeyli sayda yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğu vurğulanır.
Etibar Məmmədovun ən şanslı namizəd kimi zəif tərəflərinin də olduğu deyilir.
Belə ki, sədr müavinin adı bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlunun farel balığı gölünə Gəncə şəhərinə çəkilən magistral su xəttindən ayrıca xətt verməsi məsələsində hallanır.
E.Məmmədov uzun illərdir ki, “Azərsu” ASC-nin sifarişçi olduğu tenderlərdə də xüsusi payının olduğu iddia edilir. İddialara görə məhz bu amillər sədr müavinin sözün əsl mənasında oliqarxa çevirə bilib.
“Azərsu” ASC sistemində uzun illərdir ki, qohum-əqrabalarından, dost-tanışlarından ibarət özünə əhatə yığa bilən E.Məmmədovun böyük sərvətə malik olduğu bildirilir. Paytaxt Bakıda və ölkənin şimal rayonlarından tutmuş qərb rayonlarındadək sədr müavinin çoxsaylı mülkləri var.
Maraqlı məqam isə budur ki, E.Məmmədov “Azərsu” ASC-də sədr olmasa belə, strukturda yaratdığı böyük klanın gücü ilə hazırkı postunu qoruyub saxlaya biləcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.