WhatsApp Image 2021 11 02 at 14.54.36Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 4G istifadəçilərinin sayı, 2021-ci ilin 9 ayı ərzində, ümumilikdə, 23 faiz artıb. Artıma hər bir abunəçinin ehtiyaclarına uyğun xüsusi təkliflərin təqdim olunması, Bakı və regionlarda yeni baza stansiyalarının quraşdırılması, eyni zamanda, şəbəkə üzrə davamlı optimallaşdırma işləri səbəb olub. Bu barədə, “Nar”ın mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, mobil operatorun 4G istifadəçilərinin 62 faizi paytaxt Bakının, 38 faizi isə, regionların payına düşür.
Ümumiyyətlə, “Nar”ın 4G istifadəçiləri sərfəli şərtlərlə müxtəlif ölçülü internet paketlərindən yararlanır, eyni zamanda, ölkədaxili dəqiqələr, bol internet və bonuslarını özündə birləşdirən “FULL” paketlərini seçirlər. Qeyd edək ki, “Nar” şəbəkəsi 8780-dən artıq baza stansiyası ilə, ölkə əhalisinin 99,9 faizini, ölkə ərazisinin 90 faizini şəbəkə ilə əhatə edib.WhatsApp Image 2021 11 02 at 14.55.17

araz.az xəbər portalı.

araz.az xəbər portalı.