Moldovanın aparıcı informasiya və analitika portalı tribuna.md 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyev tərəfindən irəli sürülən amnistiyanın elan olunması təşəbbüsü barədə məqalə dərc olunub. Bu barədə, Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan məlumatda bildirilir ki, “Azərtac” informasiya agentliyinə istinadən verilən həmin məqalədə, bu Amnistiya Aktının şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə müəssisələrinin əhatə dairəsinə görə, ən böyük akt olacağı xüsusi vurğulanıb. Bundan başqa, məqalədə qeyd olunur ki, 8 Noyabr — Zəfər Günü azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edir, və bu humamizm aktının, ümumilikdə, 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Həmçinin bildirilir ki, amnistiya aktının layihəsinə əsasən, Vətən Müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən Müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.
Həmin məqalə ilə, daha ətraflı bu linkdən tanış ola bilərsiniz:
https://tribuna.md/ru/2021/11/03/ru-президент-ильхам-алиев-выcтупил-с-ини/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.