akifelizade

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası baş tutub. İclasda AMEA-nın prezidenti Ramiz Mehdiyev akademiyada ciddi nöqsanların olduğunu qeyd edib. R.Mehdiyev bildirib ki, korrupsiya idarəsində sənədləri hazırlayırlar: “Bu, əlbəttə, bir tərəfdən nəzarətsizliyin nəticəsidir, digər tərəfdən insanın mənəvi keyfiyyəti məsələsidir. Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib, institutlarda belə bir vəziyyət yaranıb. Xəbərdarlıq etmək istəyirəm ki, belə vəziyyətə biz dözməməliyik, şəxsən mən məsuliyyət daşıyıram. Tək mən yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentlər. Belə məsuliyyətsizliyi, işə yanaşmanı qəti surətdə qəbul etmirəm”.

araz.az  Pravda.az-a istinadən xəbər verir ki, AMEA-nın sabiq prezidenti Akif Əlizadə deyib ki, akademiyada baş verən korrupsiya və bu kimi halları mənfi qiymətləndirir: “Hesab edirəm ki, AMEA-nın hazırkı prezidenti nöqsanlar barədə məlumat verib. Sadəcə onu deyə bilərəm ki, bu kimi halları qınayıram“.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.