“Əmlaka həbs qoyulması deputat mandatından məhrum etmə üçün əsas deyil. Buna görə həmin şəxs sadəcə olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deputat Cavanşir Feyziyevlə bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, deputat mandatından yalnız məhkəmənin qərarı ilə cinayətkar olduğu təsdiqləndiyi halda məhrum ola bilər: “Qanunda müəyyən şərtlər var. Ona görə də əmlaka həbs qoyulması hələ deputatlıqdan məhrum etmək üçün əsas ola bilməz”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.