“2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə görə, gələn il Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 220 manata, pensiyaçılar üçün yaşayış minimumu 176 manata, uşaqlar üçün yaşayış minimumu 193 manata çatdırılır. 2022-ci ildə minimum əmək haqqı 300 manata qaldırılır. Əmək haqqının 50 manat artırılmasından qazananlar və itirənlər olacaq”.
araz.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu qeyd edib ki, qazananlar dövlət sektorunda işləyənlər, özəl sektorda 300 manatdan aşağı maaş alanlar, itirənlər isə fərdi sahibkarlar olacaq: “Belə ki, gələn ildən fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədiyi ödənişlər minimum əmək haqqına bağlı olduğuna görə onların xərcləri də artacaq. Rəsmi məlumatlara görə 1,1 milyon nəfər fərdi sahibkarlıqla məşğul olmaq üçün qeydiyyatdan keçib. Azərbaycanda 2022-ci ilin sonunda əmək pensiyalarının orta aylıq məbləğinin 343,17 manat təşkil edəcəyi proqnozlaşdırılıb. Bu o deməkdir ki, gəlin ilin bu vaxtı pensiyaların orta məbləği indiki ilə müqayisədə 16 manat çox olacaq. Unutmayaq ki, söhbət orta artımdan gedir, belə olan halda da bəzi pensiyalar 16 manatdan çox bəziləri də 16 manatdan az artıma məruz qalacaq. Göründüyü ki, pensiyaçıların sayında azalma, DSMF-ə ödənişlər qaldırılması davam etsə də, onun məbləğində əhəmiyyətli artım proqnozlaşdırılmır. 2021-22-ci illər xüsusilə də pensiyaçılar üçün yaşam şərtlərinin daha da pisləşdiyi ən ağır illər olacaq”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.