sumqayitsehvlovhe

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı kommunal sahəsinin inzibati binasının önündə vurulan lövhədə orfoqrafik səhvlərə yol verildiyi barədə məlumat vermişdik.

Hər kəsi maraqlandıran məqam sözügedən lövhənin o şəkildə necə quraşdırıldığı və quraşdırılan zaman lövhənin üzərində yazılanı qurum əməkdaşlarının oxumamış olmasıdır.

araz.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən  bildirilib ki, qurumun adı ilə bağlı lövhənin hazırlanması reklam şirkətlərindən birinə sifariş edilib:

“Binanın önündə quraşdırılan lövhədə qurumun adının yazılışında orfoqrafik səhvlər olub. Lövhə quraşdırılan zaman qurum əməkdaşlarından heç kim prosesdə iştirak etməyib. Məlum səhvlər daha sonra diqqət çəkib və məsələ ilə bağlı reklam şirkətinə dərhal müraciət edilib. Lövhənin düzgün qaydada yazılması tələb edilib. Gün ərzində lövhə yenisi ilə əvəz ediləcək”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.