tia6df16725813c777071d6a65b11a9a4dexbh7i49r3w26f0seajqv

Sumqayıtda bələdiyyə sədrinin sürücüsü döyülüb.

araz.az   Xeberle.com-a istinadən bildirir ki, bir müddət bundan əvvəl Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sərviz Süleymanovun sürücüsü Vələddin Yusif oğlu Rəhimova qarşı zorakılıq edilərək döyülüb. Zərərçəkən şəxs baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırma nəticəsində V. Rəhimova xəsarət yetirənin Vüsal Mirtağı oğlu Seyidov olduğu məlum olub. V. Seyidov saxlanılaraq məsuliyyətə cəlb olunub, baş vermiş hadisə ilə bağlı istintaq aparılıb. V. Seyidovun  bələdiyyə sədrinin sürücüsü Vələddin Rəhimova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Seyidov  Cinayət Məcəlləsinin 221.3-cü  (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs edilib.

Sumqayıt şəhər Məhkəməsi cinayət işini icraata götürüb. Noyabrın 1-də Sumqayıt şəhər Məhkəməsində  Vüsal Seyidov barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.  Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, V. Seyidov Sumqayıt Bələdiyyəsinin sədri Sərviz Süleymanovun bacısı oğludur.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.