Reinkarnasiya və ya yenidən doğuluş dünyanın bir çox ölkəsində hələ də inanılan anlayışdır. Bununla bağlı ən məşhur hekayələrdən biri Virciniya Tiqe adlı qadına məxsusdur. Tiqe 1952-ci ildə 100 il əvvəl doğulduğunu və reinkarnasiya olunduğunu iddia etmişdi. O, ölümdən sonrakı həyatın nə kədərli, nə də sevincli olduğunu söyləməklə dünyanı heyrətə gətirmişdi.
araz.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatında yaşayan Virciniya Tiqe adlı qadını heç vaxt ölkəsindən kənara çıxmamasına baxmayaraq, vaxtilə Bridi Mörfi adlı irland qadın olduğunu iddia edib.
Təxminən 100 il əvvəl İrlandiyadakı həyatı haqda danışdıqları onu məşhurlaşdırıb.
Onun hekayələrinin maraqlı olması Mori Bernşteyn adlı həvəskar hipnozçunu hərəkətə keçirib. Hipnoz zamanı qadın tünd irland ləhcəsi ilə danışmağa başlayıb və uşaqlıq günlərini danışıb.
Hipnoz seansı zamanı İrlandiyadakı həyatının təfərrüatlarını verən Tiqe 1798-ci il dekabrın 20-də Kork şəhərində anadan olduğunu bildirib. O, Şon adlı ərinin olduğunu və taxta evdə yaşadığını deyib. Dunkan və Ketlin Mörfinin qızı olduğunu iddia edib. 1864-cü ildə 60 yaşında nərdivandan yıxılaraq ombasını sındıraraq vəfat etdiyini söyləyib.
Tiqenin Kork haqda danışdıqları sonradan bir çox jurnalist tərəfindən təsdiqlənib, amma Bridi Mörfi adlı qadının İrlandiyada yaşadığına dair heç bir dəlil tapılmayıb.
Tiqe cənazəsi, axirət həyatı və ərafa dair maraqlı açıqlamalar verib. Deyib ki, axirət nə xoşbəxt, nə də kədərli duyuların olduğu neytral yerdir. O, həyatı boyu tanıdığı bütün digər mərhumları, o cümlədən körpəlikdə vəfat edən kiçik qardaşını gördüyünü bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.