allahverdi

 

Aktyor Allahverdi Yolçuyevin xəstəliyi getdikcə daha da irəliləyir.

araz.az xəbər verir ki, sənətçi bu haqda “7 canlı” verilişində deyib. O bildirib ki, bir çox müayinədən keçsə də, həkimlər xəstəliyini tapa bilmir:

“O qədər həkimlər mənə kömək edib ki… Amma bu xəstəliyin diaqnozu qoyulmur. Qarışıqlıq düşüb. Biri deyir parkinsondur, biri deyir insult keçirmişəm ondandır. Bəzisi də deyir tremordur və sinirdəndir. Hərəsi bir söz deyir. Dərman yazıblar, qəbul edirəm”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.