Bu gün mətbuatda Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında 1-ci ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun olmaması ilə bağlı məlumatlar yayılıb.
araz.az Bizimxeber.az-a istinadən xəbər verir ki, general-mayor Hikmət Həsənov tədbirdə iştirak etməməsinin səbəbini açıqlayıb.
General bildirib ki, aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır:
“10 noyabr 2020-ci il tarixində bağlanan üçtərəfli bəyanatdan sonra Ağdam şəhərinin qaytarılması zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm. Burda başqa səbəb axtarmaq lazım deyil. Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”.
Məlumat üçün bildirək ki, Prezidentlə olan bu görüşdə əksər generallar, həmçinin Baş Qərərgahın digər general heyəti, eləcə də, Quru Qoşunların Komandanı, korpus komandirləri (ərazi üzrə cavabdeh komandirlər istisna olmaqla) də iştirak etməyib.
Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng edərək təbrik etdiyi ilk general olub.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/PKhqFqBVR5Q’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.