hikmet66

General-mayor Hikmət Həsənov özü Prezidentin Zəfər Günündə Şuşada hərbçilərlə görüşündə iştirak etməməsinin səbəbini açıqladı. Bu, obyektiv səbəbdir. İnsan müalicəsi ilə məşğuldur. Müdafiə Nazirliyi lazım bilsə idi, onunla bağlı müəyyən açıqlama yayardı.

araz.az  Axar.az-a istinadən bildirir ki, bu sözləri hərbi ekspert, polkovnik Üzeyir Cəfərov general-mayor Hikmət Həsənovla bağlı yayılan müxtəlif xəbərlərə münasibət bildirərkən deyib.

“Son günlər bir neçə il əvvəl baş vermiş neqativ hadisələrlə bağlı şayiələr yayılıb, orada da Hikmət Həsənovun adı hallanır. H.Həsənov Azərbaycanda sıravi insan deyil, generaldır, düşünmürəm ki, onunla bağlı nəyisə gizlətmək mümkün olsun. Hər hansı bir şey olsaydı, rəsmi şəkildə elan edilərdi və burda gizlədəcək heç nə yoxdur”, – ekspert bildirib.

Ü.Cəfərov general-mayor H.Həsənovun Ağdam istiqamətində minaya düşməsi ilə bağlı xəbərin yeni yayılmasına isə bu cür aydınlıq gətirib:

“Həmin vaxt müharibə gedirdi, ola bilsin, məqbul sayılmayıb. H.Həsənov ürəyindən əməliyyat keçirib, ürəyinə stend qoyulub və döyüşlərdən artıq qayıdıb, indi o xəbərin yayılmasının heç bir narahatlığı yoxdur. Sadəcə bəzi insanlar bizdə sensasion xarakterli məlumatları istədikləri formada təqdim etməyi sevirlər ki, auditoriya toplasınlar. Bunu qətiyyətlə pisləyirəm. İnformasiya müharibəsində boşluğa yol verməməliyik. Şayiələrin qarşısını almaq üçün sərt addımlar atmaq lazımdır. Əsgərlərimiz gecə-gündüz ayaqüstə, canları-qanları ilə xidmət edir, ancaq təəssüf ki, kimlərsə bekarçılıqdan evdə kompüter arxasında müəyyən dezinformasiyalar, şayiələr yayır. Son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.