Türk Dövlətləri Təşkilatı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyib.
araz.az-ın xəbərinə görə, bu, Türk Dövlətləri Təşkilatı dövlət başçılarının VIII Zirvə Görüşündə qəbul edilmiş İstanbul Bəyannaməsində əksini tapıb.
Türk Dövlətləri Təşkilatı 44 günlük Vətən müharibəsindəki Zəfərə görə Azərbaycanı təbrik edib.
Bəyannamədə Kiprin türk xalqı ilə həmrəylik ifadə olunub, Qırğızıstanın Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti sülh yolu ilə həll etmək istiqamətində səyləri dəstəklənib.
Sənəddə terrorizm, ekstremizm, separatizm, irqçilik, ayrı-seçkilik, ksenofobiya, islamofobiya və nifrət nitqinin bütün formaları ilə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq arenada bu istiqamətlərdə səylərin gücləndirilməsi qərara alınıb.
Türkiyədə və regionda baş verən meşə yanğınları və sel kimi fəlakətlərdən dərin narahatlığın ifadə olunduğu bəyannamədə vurğulanıb ki, Türkiyənin təklifi ilə təbii fəlakətlərin təsirlərini azaltmaq məqsədilə ortaq axtarış-xilasetmə və reabilitasiya çalışmaları aparmaq üçün “Türk Dövlətləri Təşkilatı Mülki Mexanizmi” adı altında Türk Dövlətləri Təşkilatı strukturunda aidiyyəti qurumun yaradılması istiqamətində çalışmalara başlanmasına təlimat verilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.