ehmedli1311211Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.

araz.az  bildirir ki, Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən təbliğat üzrə inspektor, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.

Onun sözlərinə görə, “Opel Astra” markalı, 99-NT-712 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Mingəçevir şəhərində anadan olmuş 28.09.1990 təvəllüdlü Məmmədov Şirxan Alik oğlu aşkarlanaraq saxlanılıb.

Saxlanılan zaman sürücünün psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkarlanıb. Sürücünün verdiyi izahat və toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmədə hakim tərəfindən sürücü Məmmədov Şirxan Alik oğlu iki ay inzibati həbs və bir il sürücülük hüququndan məhrum edilib.

araz.az xəbər portalı.