Dağıstanın Ameterkmaxı kəndində məscidin imamı güllələnib.
araz.az bildirir ki, bu barədə Aquşa Rayon Administrasiyası xəbər yayıb.
Məlumata görə, 62 yaşlı yerli sakin Əsədulla Rəhmanov məscidə girərək atəş açıb, nəticədə İmam Abid Maqomedov ölüb, onun iki qohumu – oğlu və qardaşı oğlu isə yaralanıb.
Yaralılardan biri hadisəni törədən şəxsin boynuna bıçaq zərbəsi endirib, nəticədə Rəhmanov aldığı xəsarətdən ölüb.
Hücum edən şəxsin cümə namazından sonra özü ilə “Kalaşnikov” avtomatı, qumbaraatan və tapança götürərək məscidə gəldiyi deyilir. Atışma yerində iki tapança və bir avtomat tapılıb.
İlkin məlumata görə, atışmaya səbəb həmkəndlilər arasındakı torpaq mübahisəsi olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.