“Türk Dövlətlər Birliyinin iclasını seyr edə-edə Rusiyanın buna necə reaksiya verəcəyini düşünürdüm. Bu gün əsgərlərimizə qumbara atılması, Kəlbəcərdə atışma ayseberqin görünən hissəsidir. Vladimir Putinin bayraktarlara belə aqressiv münasibəti də gözlənilən idi. İrəlidə daha ciddi təxribatların olacağını düşünürəm. Bunların hamısı dünənki iclas və orada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bəyanatları ilə bağlıdır”.
araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
“Bizi həmişə qapazaltı hesab edən Rusiya Azərbaycanın müstəqil addımları ilə heç cür barışmaq istəmir və istəməyəcək. Ona görə də hamımız, ilk növbədə hakimiyyət baş verənlərə çox ciddi yanaşmalı və daxildəki sabitliyi qorumaq üçün lazım olanları etməlidir. İnsanların sosial problemlərinin həlli prioritet məsələ olmalıdır, çünki düşmənlər birinci növbədə bu amildən istifadə edəcəklər” – A.İsmayılov qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.