dyp

Baş Dövlət Yol Polisi İdarəsi sayrışan işıqlarla bağlı fiziki və hüquqi şəxslərə müraciət edib. Avtomobillərini belə işıqlarla icazəsiz təchiz edən sürücülər qanunu pozmaqla yanaşı, avtomobil yollarında təhlükəli vəziyyət yaradırlar. Bəs belə şəxsləri hansı  cəza gözləyir ?

Avtomobillərinə sayrışan işıqları icazəsiz quraşdıran sürücülərə xəbərdarlıq edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev bildirib ki, son vaxtlar avtomobil yollarında hərəkətdə olarkən qabaq hissəsində göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Şöbə rəisi qeyd edib ki, sürücülər qanunu pozmaqla yanaşı, digər hərəkət iştirakçılarına da mane olurlar.

Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Şöbə rəisi əlavə edib ki, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur və cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir. Baş dövlət yol polisi  hüquqi və fiziki şəxsləri  bu kimi hallara yol verməməyə çağırır. Əks təqdirdə belə qanun pozuntularına yol verən şəxslər barəsində göstərilən inzibati tənbeh tədbirləri tətbiq ediləcək.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/98C8rOTRJN4’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.