Yoluxmanı nəzarətdə saxlamaq üçün Avstriya hökuməti yeni qayda tətbiq edib.
araz.az-ın xəbərinə görə bazar ertəsindən etibarən vaksin olunmayan şəxslər yalnız iş və alış-veriş üçün evdən çıxa biləcəklər.
Kansler Aleksander Şallenberq bildirib ki, vaksin olunmayan azsaylı qrupa görə ümumi karantinə getmək zərurəti yoxdur.
Qeyd edək ki, ölkədə son günlərdə yoluxma halları kəskin artıb. Eyni zamanda reanimasiyada olanların sayı 500 nəfərə çatır. Hökumətin nəzdindəki elmi komissiya bildirib ki, təcili tədbirlər görülməsə noyabrın 24-dək bütün xəstəxanalar dola bilər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.