“Həmişə işdə evdən götürdüyüm yeməklə qidalanmışam. Qonaqlar olanda, restorana getmişəm. Hər gün səhər həyat yoldaşım mənə xüsusi yemək hazırlayır, götürürəm. Əvvəllər gülürdülər ki, “Misir müəllim yeməyini özü ilə götürür”. Bunu normal hal hesab edirəm”.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.
“İndi də naharı işdə edirəm, harasa getmirəm. Yeməyi bitirən kimi bir az istirahət edirəm, sonra işimə davam edirəm. Bəzən qəribə baxırlar ki, bunun heç dincəlməyi yoxdur, daim komputerin qabağında yazır… Mən bundan zövq alıram. Tam səmimi deyirəm, həyatımda boşluq yoxdur…” – M.Mərdanov qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.