Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
araz.az xəbər verir ki, bu, yığmamızın 2021-ci ildəki sonuncu matçı olacaq.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da start götürəcək.
Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək.
Millimiz Qətərlə bu matça qədər üç dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. 4 il sonra eyni şəhərdə keçirilmiş 2-ci matçda Azərbaycan millisi rəqibini məğlub edib – 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.
Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.
Beynəlxalq yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan – Qətər
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)
Dördüncü hakim: Elçin Məsiyev
Bakı Olimpiya Stadionu.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.