“Ermənistanın baş naziri Nikol Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etməsinin səbəbi Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlıdır”.
araz.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Azərbaycan sərhədçiləri qışa qədər strateji mövqelərdə möhkəmlənməkdə davam edirlər: Ermənistan Müdafiə Nazirliyi əvvəlcə bu növ xəbərləri təkzib etməyə çalışır, ancaq internetdə yayımlanan görüntülər real durumu əks etdirdiyinə görə bundan sonra nazirlikdən etiraf dolu açıqlmalar gəlir. Nikol Paşinyan da sərhədi qoruya bilmədiyinə və reallığı əks etdirməyən açıqlamalar verdiyinə görə Arşak Karapetyanı istefaya göndərdi. Paşinyan erməni ictimaiyyətini aldatmaqla problemin həll olunmayacağını anlayır. Ancaq Paşinyanın Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanı təyin etməsi Ermənistan üçün problemin həllini yaxınlaşdırmayacaq. Suren Papikyan Paşinyanın inandığı bürokrat olsa da, Müdafiə Nazirliyi sistemində yaddır. Görünür, Paşinyana müdafiə sistemində daha generallar yox, gənc menecerlər lazımdır. Bu, Paşinyanın Ermənistan ordusunda yeni eksperimentidir və şübhəsiz “Qarabağ klanı”nın simasında radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq”.
E.Şahinoğlu, həmçinin qeyd edib ki, biz öz işimizi davam etdirməliyik: “Sərhədin strateji yüksəkliklərində nəzarətimizi gücləndirməli, o cümlədən sərhədin tərkib hissəsi olan Laçın dəhlizinin nəzarətə götürülməsinə addım-addım yaxınlaşmalıyıq. Ermənistan Zəngəzur dəhlizinin açılmasının yubadılmasının hesabını bu şəkildə ödəməlidir. Ancaq evin içində də tədbirlərimizi gücləndirməli, Qarabağ separatçıları ətrafında çəmbəri daraltmalıyıq. Azərbaycan hərbçilərinə qumbara atanlar və onları himayə edənlərin ödəyəcəyi hesab barədə də düşünməliyik”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.